Türkiyədə hərbi qiyamın başında durduğu bildirilən Muarrem Kose kimdir? Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, bu suala təqaüddə olan hərbi hakim Ahmet Zeki Uçok mediaya açıqlamasında cavab verib.
“Muharrem Köse 1988-1992-ci illərdə Ankara Üniversitetinin Hüquq Fakültəsində hərbi hüquqdan təhsil aldı. Bir çox vəzifələrdə çalışdıqdan sonra 2010-cu ildə Hərbi Prokurorluğa üzv seçilmişdir. 2012-ci ildə isə Baş Qərargah rəisinin müşaviri Hıfzı Çubuklunun həbsindən sonra onun yerinə təyin edilmişdir" - deyə Ahmet Zeki bildirib.
Onun sözlərinə görə, artıq mediada dərc olunana qiyamçıların siyahısına göz gəzdirdikdə onların hamısının Fətullah Gülən camaaatına yaxın şəxslər olduqlarını təsbit edib: "Bu şəxslər FETO çetesinin üzvləri idi. Artıq onların adları aidiyyatı qurumlara da bəlli idi və bir neçə gün sonra baş tutacaq Ali Hərbi Şuranın toplantısında onlar vəzifələrindən çıxarılacaqdılar. Bu barədə məlumat əldə etdiklərindən erkən qiyam qərarı veriblər. Halbuki onlar ordunun daha yüksək pillərəinə yerimək üçün daha 6-7 il gözləmək fikrində idilər. Bu sistemə sızmaq üçün 30 il əmək sərf etmişdilər".
Muarrem Kosenin Baş Qərargahda çalışmaqla bir çox məhkəmə araşdırmalarına təsir etdiyini və dövlətin gizli sənədlərini FETO çetesinə ötürdüyünü iddia edən Ahmet Zeki bu sistemə bağlı olan daha bir çox yüksəkçinli ordu generallarının da adını çəkib.
MilliYol.Az
Digər xəbərlər
loading...