Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyasının və Nəsimi adına Dilçilik İnstitutunun tərkibində dil məsələləri ilə məşğul olan, dilimizi yaxşı bilən həqiqi alimlər də var, amma mənə elə gəlir ki, gündə bir təklif vermək və bunu belə bir konteksdə təqdim etmək doğru deyil
Əgər biz komissiyaya təkliflər veririksə, onlar sistem halında olmalıdır. Məsələn, bir dəfəyə 10, yaxud 20 təklif müzakirəyə verilsə, daha yaxşı olar.
Bu sözləri Kult.az açıqlamasında filologiya elmləri doktoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, professor Qulu Məhərrəmli dilimizdə “g” ilə yazılan bəzi sözlərin “k” ilə əvəzlənməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsi ilə bağlı danışarkən söyləyib. O bildirib ki, təklif edilən dəyişikliklərin elmi əsası olmalıdır:
“Onsuz da dilimizdəki bəzi sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən problemlər var. Hesab edirəm ki, verilən təkliflərin hamısının bir elmi əsası olmalıdır. Sözlərin yazılışı ilə deyilişi arasındakı fərqləri azaltmaq, yaxınlaşdırmaq bütün dünya dillərində normal tendensiya sayılır. Dil qaydalara söykənir. Söhbət təkcə “g”, “k”dan getmir. Ona görə də “g”, “k” ilə bağlı olan məsələləri həll edib “c”, “ç” ilə olanları kənarda qoysaq, doğru deyil. Bütün bu sözlərin hamısına bir qayda tətbiq olunmalıdır. Yəqin ki, bundan sonra şəkilçilərlə, ya da hər hansı bir hərflə, yazılışla bağlı təkliflər olacaq.
Çox istərdim ki, bu sözlər kiminsə istəyinə uyğun olaraq, “mən orfoqrafiyanı dəyişdirirəm” iddiası ilə bağlı olmasın. Dildəki bu dəyişikliklər qayda və prinsiplərə söykənməsə, orfoqrafiyada böyük mənada qarışıqlıq yarana bilər”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun olduğunu bildirilib (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Layihədə qeyd olunur ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.
MilliYol.Az
Digər xəbərlər
loading...