Türkiyədə hərbi çevrilişə cəhd zamanı həlak olanlarla bağlı yeni məlumatlar açıqlanıb. MilliYol.Az xəbər verir ki, bu barədə baş nazir Binali Yıldırım məlumat verib.
"Çevriliş cəhdinin qarşısı alınıb. Bu ana qədər 161 şəhidimiz, 1440 yaralımız var. İndiyədək olaylarla qarışan 2839 əsgər və zabit həbs olunub. Onların arasında yüksək rütbəlilər də var. Qiyamçılardan təxminən 20 nəfər ölən, 30 yaralı var" deyə baş nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl Baş Qərargah rəisinin müavini, general Umit Dundar Ataturk 90 nəfərin şəhid olduğunu, 154 nəfərin yaralandığını bildirmişdi. O, həmçinin 1563 hərbçi həbs edildiyini, çevrilişə cəhd edənlərdən 104-ü öldürüldüyünü qeyd etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...