“2014-cü ildə neft və nafta qiymətlərinin azalması, o cümlədən neft-kimya məhsullarına olan tələbatın artması “Petkim”də nafta-etilen məhsullarına sifarişin səviyyəsinə mənfi təsir etməyib. Buna baxmayaraq, xüsusilə ABŞ və Yaxın Şərqdə etilen və polimer istehsalının artmasının növbəti üç ildə “Petkim”in neft-kimya marjasına (maya dəyəri ilə satış qiyməti arasında fərq) təzyiq göstərəcəyini proqnozlaşdırırıq”
APA-Economics” xəbər verir ki, bu barədə “Fitch” reytinq agentliyinin yaydığı məlumatda bildirilib.
Hesabat müəllifləri qeyd edir ki, uzunmüddətli perspektivdə neft qiymətləri 60 dollardan aşağı olacaq: “STAR Neft Emalı Zavodunun özəlləşdirilməsi ilə bağlı xərclərin strukturu ilə yanaşı, qeyd olunan neft qiymətləri, “Petkim”in sabit gəlirliliyinin davam etməsinə imkan verəcək. Zavod işə düşdükdən sonra “Petkim”in logistika xərclərinə illik 70 milyon dollar qənaət edəcəyi gözlənilir. Düşünürük ki, xərclərin strukturu şirkətin kredit profilinə də müsbət şəkildə təsir edəcək. “Petkim” məhsullarının təxminən 64%-ni daxili bazara, 36%-ni isə əsasən Avropaya ixrac edir”.
MilliYol.Az
Digər xəbərlər
loading...