“Bank Standard” QSC Kommersiya Bankınıın İdarə Heyətinin keçmiş sədri olmuş və sonradan ölkədən qaçan Kriman Səlim Eldaroviçlə bağlı bəzi məlumatlar üzə çıxıb
Onun banka nə qədər ziyan vurduğu məbləğ məlum olub.
Musavat.com-un əldə etdiyi məlumata görə, bu barədə “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi, hazırda həbsdə olan Çingiz Cəlilovun ittiham aktında məlumat qeyd edilir. İttihamda qeyd edilir ki, S.Kirman ümumilikdə 41 epizod üzrə təqsirli bilinir və o, işlədiyi banka ümumilikdə 114 milyon manat zərər vurub.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Kirmanın barəsində həbs-qətimkan tədbiri seçilib. Eyni zamanda, "İnterpol" xətti ilə axtarışa verilib.
Bildirək ki, "Bank Respublika" sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus idi.
Digər xəbərlər
loading...