«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Çeçenistanın başçısı Ramzan Kadırov elan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) çoxdan təhlukəli dövlətə çevrilib
Bu ərəfədə, ABŞ Dövlət Departamenti Rusiyanı təhlükəli ölkə adlandırıb və amerikalılara bu ölkəyə səfər etməkdən çəkinməyi tövsiyyə edib.
Buna cavab olaraq, Kadırov deyib: «Amerikalılar harada olurlarsa – adi ABŞ vətəndaşları yox, biznes-tərəfdaşlar yox, özlərini «demokratik missiya» daşıyıcısı adlandıranlar – orada müharibə, münaqişə və ölüm başlanır . Yaxın Şərqdə, müxtəlif ölkələrdə hərbi münaqişələr törətməklə, düşmənçilik və nifrət toxumları səpməklə, ABŞ özü çoxdan təhlükəli dövlətə çevrilib. Onların günahı üzündən Şərqdə dinc sakinlər həlak olurlar, Avropa isə qaçqın və qaçaq terrorçularla ifrat yüklənib…».
Çeçenistan lideri bunun ardınca sual edir: «Bunlar nə üçün baş verir?»
«Çünki ABŞ hakimiyyəti öz intriqalarından zəiflədiyini anlayır, amma dayana bilmir. ABŞ bütün gücü ilə dünyanın güclü dövlətlərini «laxlatmağa» cəhd edir – düşünür ki, bəlkə özü bu zaman güclənər. Təəssüf ki, bütün Amerika Dövlət Departamentinin utandırıcı oyunlarının girovuna çevrilib» – deyə, Kadırov qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...