Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan vakant 1145 icraçı (mütəxəssis) vəzifəsinə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib
Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – fevralın 9-dək davam edəcək.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz:
"Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (451 vakant vəzifə), Əmlək Məsələləri Dövlət Komitəsi (140 vakant vəzifə), Dövlət Statistika Komitəsi (78 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (75 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (54 vakant vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (32 vakant vəzifə) üzrədir".
MilliYol.Az
Digər xəbərlər
loading...