Türkiyədə dövlət çevrilişinə cəhd edən əsgərlərin yayınladığı bəyanatı oxuyan TRT aparıcısı Tijen Karakaş, başına gələnləri anladıb. MilliYol.Az türk mətbuatına istinadən Tijen Karakaşın açıqlamasını təqdim edir:
"3-4 saat bunadan əvvəl burada kabus dolu saatlar yaşadıq. İş həyatımın ən çətin yayınını etdim. Silahlı insanlar tərəfindən studiyamızda, xəbər mərkəzimizdə girov götürüldük. Saatlar boyunca girov saxlanıldıq. Qollarımız arxadan bağlandı. Təhdid edildik. Hər hərəkətimiz izlənildi. Studiyada o bəyanat mətnini, silahlı insanlar tərəfindən məcbur edilərək oxudum. Türkiyə Silahlı Qüvvələri adına bu aksiyanı gerçəkləşdirdiklərini, bizə zərər verməyəcəklərini, millətin xeyri üçün bunu etdiklərini deyən bir qrup tərəfindən əsir götürüldük saatlarca əvvəl. Əllərimiz arxadan bağlandı. Silahları ilə bizi təhdid etdilər. O şərtlər altında oxuduq. Çok şükür başımıza bir şey gəlmədi. O dəqiqələri bir daha xatırlamaq istəmirik."
MilliYol.Az
Digər xəbərlər
loading...