Azərbaycan, Qazaxıstan və İraq Qaz İxrac edən Ölkələr Forumunun tamhüquqlu üzvləri ola bilərlər
Oxu.az xəbər verir ki, bu barədə forumun baş katibi Yuri Sentyurin KİV-ə müsahibəsində deyib: “İraq, Qazaxıstan və Azərbaycanın GECF-in tamhüquqlu üzvü olması yaxşı imkanlar yaradır. Hazırda qurumda müşahidəçi üzv olan ölkələrlə danışıqlar aparılır”.
Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ, eləcə də yeddi müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.
MilliYol.Az
Digər xəbərlər
loading...