"Barselona"nın sabiq futbolçusu Erik Abdidal xərçəng olduğu dönəmlə bağlı növbəti xatirəsini danışıb
Qol.az-ın məlumatına görə, o, "Canal +"ə açıqlamasında bildirib ki, Kataloniya klubunda oynadığı vaxt matçların birindən əvvəl yaxşı olduğunu göstərmək üçün komanda yoldaşlarına video göndərib. Amma həmin videoya Messinin verdiyi reaksiya E.Abidalı məyus edib:
"Həmin vaxt çox arıqlamışdım. "Barselona"nın oyununa qədər özümdən bəhs edən bir videoçarx hazırladım və komandadakı əhval-ruhiyyəni yüksəltmək üçün bunu oyunçulara göndərdim. Bilirsiniz, Messi mənə nə dedi?" Dedi ki, daha bizə belə şeylər göndərmə. Çünki bizə əzab verir. Mən bu videolarla onları ruhlandırmaq istəyirdim. Futbolçular isə bildirdilər ki, məni cəsəd kimi görürlər və bu onları incidir".
MilliYol.Az
Digər xəbərlər
loading...