“WikiLeaks” saytının yaradıcısı Culian Assanj Ekvador Respublikasının vətəndaşlığını alıb
Bu barədə Cənubi Amerikanın “El Universo” nəşri məlumat yayıb.
Məlumata əsasən 21 dekabr 2017-ci il tarixində C. Assanjın adına Piçinça vilayətinin kodu ilə Ekvador vətəndaşlığını təsdiq edən sənəd hazırlanıb. Respublikanın vergi xidmətinin saytında da təsdiqlənib ki, pasport tamamilə "WikiLeaks" təsisçisi ilə eyni məlumatlara sahib bir şəxsə məxsusdur.
Ekvadorun Xarici İşlər Nazirliyindən isə bildirilib ki, bu məsələ ilə bağlı şayiələrə və təhrif olunmuş faktlara cavab verməyəcək.
C. Assanj özü də bununla bağlı heç bir şərh verməyib. Lakin o, "Twitter “ səhifəsində Ekvadorun bayrağını əks etdirən sviterlə foto paylaşıb.
Qeyd edək ki, C. Assanj 2012-ci ilin iyunundan Ekvadorun Londondakı səfirliyində yaşayır. İsveçdə zorlama hadisəsində itiham olunan C. Assanj həbs olunaraq bu ölkəyə təhvil verilməsindən qorxduğu üçün Ekvador səfirliyinə sığınıb. 2017-ci ildə onun barəsində təhqiqat bağlansa da, Assanj İsveçin onu yaxalayaraq ABŞ-a təhvil verməsindən çəkinir. O, ABŞ-da məxfi məlumatları yaymaqda ittiham edilir/APA.
MilliYol.Az
Digər xəbərlər
loading...