Fətullah Gülən Türkiyədə baş verən hərbi çevriliş cəhdinə münasibət bildirib.
O, Türkiyədə olan hərbi çevrilişi qınadığını və bunun demokratiyadan uzaq bir hadisə olduğunu ifadə edib:
“Türk vətəndaşları və Türkiyə üçün Allaha dua edirəm. Türkiyədə baş verənlərin tez bir zamanda sülh yolu ilə həll olunmasını arzulayıram. Hökumət azad və ədalətli seçki prosesi ilə hakimiyyətə gəlməlidir, çevriliş yolu ilə baş verməməlidir.
Demokratiyaya edilən hər cür qiyamı pisləyirik. Bir müddətdir ki, zəifləmiş demokratiyamız əfsuslar olsun ki bir daha dərin yara aldı. ”- deyə qeyd edib.
Qeyd edək ki, AKP hakimiyyəti qiyamın baş verməsində Fətullah Güləni günahlandırır.
MilliYol.Az
Digər xəbərlər
loading...