Dekabrın 28-də İranın bir neçə şəhərində baş verən iğtişaşlar zamanı həbs olunanlardan daha 70 nəfəri bu gün azad edilib
Bu barədə İranın Baş prokuroru Abbas Cəfər Dövlətəbadi jurnalistlərə məlumat verib. O bildirib ki, araşdırma zamanı gənclərin aldadılaraq küçələrə çıxarılması müəyyən edilib.
Baş prokuror nəzərə çatdırıb ki, ciddi şəkildə aparılan istintaq günahkarlarla günahı olmayanları araşdıracaq.
İran mətbuatının məlumatına görə, iğtişaşlar zamanı 3 min 700 nəfər həbs edilib.
Prezident Həsən Ruhani də bəyanatla çıxış edərək deyib ki, İranda bütün dövlət məmurları tənqid oluna bilər. Onun sözlərinə görə, hökumət kütləvi aksiyalar keçirilməsinin əleyhinə deyil. Lakin ictimai və şəxsi əmlaka zərər vurulması, şəhərlərin dağıdılması yolverilməzdir. (AzərTAc)
Digər xəbərlər
loading...