İvan Şvarts
Nezavisimaya gazeta, 09.01.2018
Xaricilər Suriyada Xmeymim aviabazasında Rusiya təyyarələrinin atəşə tutulmasını simanın itirilməsi və Moskvanın Yaxın Şərq kampaniyasında ən səs-küylü uğursuzluqlarından biri adlandırırlar. Suriya KİV-ləri yazır ki, Rusiya bazasına hücumda İranyönlü qrupların və prezident Bəşər Əsəd qüvələrinin əli var. Rusiya rəhbərliyinin töhfəsini də inkar etmək olmaz: müharibənin iki ilində bazada ən sadə kaponirlər də olmayıb, təyyarələr isə heç bir maskasız açıq səmanın altında durur.
Rusiya aviabazasına hücum ondan xəbər verə bilər ki, Əsəd rejimi qüvvələri və iranlılar, ola bilsin, Moskvaya basqı göstərmək, qisas almaq və “qənimət bölgüsü” prosesindəki fikir ayrılıqlarından ötrü alçaltmaqdan yana əməliyyata yardım ediblər. Suriyanın “Baladi news” internet resursu Xmeymim aviabazasının atəşə tutulmasına bu cür izahat dərc edib.
Rusiya məmurları Suriya fiaskosunda Xmeymim bazasındakı dayanacaqda Rusiya təyyarələrinə əl uzada biləcək Vaşinqtonun fitnəsini görürlər. Dronların Suriyada Rusiya hərbi obyektlərinə hücumunda Amerikanın mümkün izi haqda xüsusən də Federasiya Şurası müdafiə komitəsinin sədr müavini Frants Klintseviç bildirib. Amma başqa izahatlar da var.
“Baladi news” xatırladır ki, hər şeyin baş verdiyi rayon Əsəd rejimiylə birbaşa bağlıdır. Rusiya bazasının ətrafındakı ərazidə Suriya rejimi və İrana loyal, Əsəd ailəsinin daxil olduğu ələvi və şiə könüllü yığmaları aktiv fəaliyyət aparır. Bu bildirir ki, atəş bu könüllü dəstələrinin razılığı və köməyi olmadan baş verə bilməzdi. Məsələ burasındadır ki, yerli silahlı dəstələr bazaya bitişik ərazilərin təhlükəsizliyini təmin etməliydilər. Suriya qaynaqları qeyd edir: “Və təsəvvür etmək mümkün deyil ki, minaatan mərmilərinin buraxılış mənbəyi müəyyən edilməsin. Ən azı, yerli sakinlər hücumun təşkilində əli olanları dəqiq tanımalıdırlar”.
Bununla yanaşı, Suriya müşahidəçiləri Xmeymim bazası ətrafındakı rayon üzərində nəzarətin sərtləşdiriləcəyini, habelə rusiyalılarla suriyalılar arasında inamsızlığın artacağını proqnozlaşdırırlar. “Baladi news” nəşri ehtimal edir ki, Xmeymim aviabazasının atəşə tutulıması Suriyada Rusiyanın müxtəlif könllü dəstələriylə qarşılıqlı münasibətlərində keyfiyyət dəyişikliklərinə səbəb ola bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...