Pakistanın müdafiə naziri Huram Dastgir Xan Vaşinqtonun İslamabada maliyyə yardımını dondurmaq qərarından sonra Pakistanın müdafiə və kəşfiyyat sahələrində ABŞ-la əməkdaşlığını dayandırdıqlarını bildirib
AzərTAc xəbər verir ki, nazirin sözlərinə görə, “Pakistan və ABŞ arasında nəzakətli və eyni zamanda açıq dialoqun zamanı gəlib”.
Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti Pakistan hökuməti silahlı qruplaşmalara, o cümlədən “Hakkani” və Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatlarına qarşı qətiyyətli addımlar atanadək bu ölkəyə təhlükəsizlik sahəsində yardımı dayandırmaq qərarına gəlib. Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndəsi Patrik Evans ABŞ-ın Pakistan üçün nəzərdə tutulan ən azı 900 milyon dollar vəsaiti dondurduğunu bildirib.
Bir qədər əvvəl Pakistanın müxtəlif silahlı qruplaşmalara qarşı mübarizəsindən narazı olan prezident Donald Tramp ABŞ-ın son 15 ildə bu ölkəyə əbəs yerə 33 milyard dollar maliyyə yardımı verdiklərini demişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...