Masallıda baş verən intihara cəhd hadisəni ilə bağlı cinayət işi başlanıb
Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gün rayonun Şərəfə kənd sakini Raqif Əsəd oğlu Zeynalovun özünü yandırması faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, R. Zeynalov ötən gün Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq özünü yandırıb. O, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
KİV-də yayılan məlumata görə, R.Zeynalovun banka borcu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmə vasitəsilə onun hesabından aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz edib və benzinlə özünü yandırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...