Ukrayna yığmasının yeni baş məşqçisi müəyyənləşib. MilliYol.Az xəbər verir ki, Ukrayna Futbol Federasiyası yığmanı Andrey Şevçenkoya tapşırıb.
O, bu posta Avropa çempionatındakı uğursuz çıxışdan sonra istefaya göndərilən Mixail Fomenkonu əvəzləyib. Məlumatı Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sergey Kunitsın təsdiqləyib.
Qeyd edək ki, Şevçenko futbolçu karyerası ərzində "Dinamo" (Kiyev), "Milan" və "Çelsi"də çıxış edib, millidə keçirdiyi 111 oyunda 48 qol vurub. O, bir müddət əvvəl Ukrayna millisinə məşqçi təyin edilmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...