Yanvarın 9-dək ölkə üzrə 207 min 155 ton pambıq tədarük olunub
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Ötən il yanvarın 9-dək qəbul məntəqələrinə 88 min 596 ton pambıq təhvil verilmişdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.
Digər xəbərlər
loading...