Ehsan Zahidov: “Qərəzdən yoğurulmuş əsassız və uydurma bir iddiadır”
Son günlər bəzi mətbuat orqanlarında bir polis mayorunun öz vəzifəsindən və çalışdığı qurumun nüfuzundan istifadə edərək 30-a yaxın vətəndaşın ümumilikdə milyonlarla manat təşkil edən pullarını mənimsədiyi barədə xəbərlərə rast gəlinir.
Bununla DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidova müraciət etdik. Musavat.com-a açıqlama verən xidmət rəisi bildirdi ki, heç bir konkret fakta söykənməyən bu uydurma və qərəzli “xəbər”i yayan mətbuat orqanları deyil, adını çəkib şərəfləndirmək istəmədiyim yalnız bir saytdır: “Məqsədli şəkildə tamamilə qərəzdən yoğurulmuş əsassız və uydurma bir iddiadır. O “əldəqayırma” xəbəri hazırlayıb paylaşanlar öz azsaylı oxucularını aldadaraq qeyd etdikləri 30 nəfər “zərərçəkən”in hamısının da olmasa, heç olmasa ikisinin, üçünün ad və soyadlarını desinlər. Kimdi bu 30 nəfər? Deyə bilmirlər, ona görə ki, ortada belə bir fakt yoxdur”.
E.Zahidov daha sonra deyib: “DİN rəhbərliyinin bu istiqamətdə tutduğu prinsipial və barışmaz mövqeyi sayəsində öz hərəkəti, davranışı ilə vətəndaşın haqlı narazılığına səbəb olan polis əməkdaşı heç vaxt cəzasız qalmayıb. Əgər bu “nağıl”da qeyd olunanlar uydurma deyil, həqiqət olsaydı, şübhəsiz ki, həmin əməkdaşın da barəsində qanuna müvafiq qaydada lazımi tədbir görülərdi.
Yeri gəlmişkən, vətəndaşlarımız da yaxşı bilir və bu artıq danılmaz bir faktdır ki, insanların üzləşdikləri hər hansı bir problemlə bağlı Daxili İşlər Nazirliyinə ölkənin istənilən nöqtəsindən müraciət etmələri üçün hər cür şərait yaradılıb. Elə bunun nəticəsidir ki, DİN-in “102-Zəng Xidməti”nə, elektron poçt ünvanlarına, ərazi polis orqanlarına hər hansı bir məsələ ilə əlaqədar daxil olan yüzlərlə belə müraciətlərin hər biri müvafiq qaydada araşdırılır və nəticəsindən asılı olaraq hüquqi qiymət verilir”.
MilliYol.Az
Digər xəbərlər
loading...