“Prezident seçkiləri ilə bağlı Dövlət Bağçalının yerli və milli duruşunu vurğulamaq istəyirəm. İnanıram ki, bu duruşla bizi bölmək, parçalamaq istəyənlər öz niyyətlərinə çata bilməyəcək”
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Milliyətçi Hərəkat Partiyasının sədri ilə bir araya gəlib, ölkənin problemlərini müzakirə etmələri təbii qarşılanmalıdır: “Biz Dövlət Bağçalı ilə görüşüb, müzakirələr aparacağıq. Bizim bərabər görəcəyimiz çox işlər var. Mən bu baxımdan Dövlət Bağçalının indidən 2019-cu ildə keçiriləcək prezident seçkilərində mənə dəstək verəcəyi barədə bəyanatına görə təşəkkür edirəm. 2019-cu il prezident seçkiləri yerli və milli olanlarla ipi xaricdə olanlar arasında keçəcəyi bəllidir. Bizim yerimiz həmişəki kimi miləttimizin yanıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...