“Suriya müharibəsinin əsas məğlubları Türkiyə və İsraildir”
İsrailin xarici kəşfiyyat idarəsi, “Mossad”ın keçmiş rəhbər şəxslərindən və Milli Təhlükəsizlik Şurasının direktorunun keçmiş müavini, hazırda ölkəsinin Milli təhlükəsizlik araşdırmaları institutunda çalışan Sima Şayn Fransanın “Le Monde” qəzetinə dünyada baş verən son gəlişmələr, o cümlədən, Rusiya, İran, Yaxın Şərq ətrafında gedən proseslərlə bağlı maraqlı müsahibə verib.
“Suriya müharibəsinin əsas qalibləri kimlərdir”, - jurnalist Mark Semonun ilk sualı belə olub və Sima Şayn ona belə cavab verib:
“Heç şübhəsiz ki, birinci olaraq İran. Hərçənd yanvarın əvvələrində tüğyan edən iğtişaşlar rejim üçün real təhdidə çevrilib.
İŞİD onlar üçün bölgədə ölümcül düşmən sayılırdı. İndi İran və onun dəstək verdiyi yerli qüvvələr İŞİD-in əlində olan ərazilərə nəzarət edirlər”.
Sima Şaynın fikrincə, ikinci qalib Rusiya sayılır.
“Bölgədə həm siyasi, həm də diplomatik mənada təşəbbüs rusların əlindədir. Sovet dövründən fərqli olaraq Kreml bütün tərəflərlə dialoq aparmaq gücündədir. Moskva hələ bu vaxta qədər Yaxın Şərqdə heç bir zaman mərkəzi rol oynamayıb. Lakin burada Rusiyanın İrana ehtiyacı var. Çünki situasiya sabit olmadığı kimi, hər an dəyişə bilər”.
Keçmiş kəşfiyyatçının rəyinə görə, İranla alyans Rusiyanın İsrail və ABŞ-la münaibətlərində əsas kozır kartıdır. “Əvvəllər mənafe naminə yaranan bu nikah indi strateji bağlantıya çevrilib. Bu əlaqə Bəşər Əsədin taleyi ilə bağlı fikir ayrılıqlarına rəğmən qalmaqda davam edəcək”.
İsrailli ekspertin fikrincə, müharibənin məğlubu Türkiyədir. Çünki bölgədə baş verən müharibə nəticəsində kürdlərin əli güclənib. Türkiyə prezidentinin vaxtında Rusiya ilə bağlı siyasətdə həyata keçirdiyi dönüş ona zərəri azaltmağa imkan verib.
Sima Şaynın rəyinə görə, Suriya müharibəsinin ikinci məğlubu və uğursuzu İsrailin özüdür. “İlk dəfə İran öz güclərini və ya özünə bağlı silahlıları Suriya ərazisinə yerləşdirib. Nəhayət, “Hizbullah” döyüşlərdən qazandığı təcrübə sayəsində daha da möhkəmlənib. İsrail üçün bu müharibə halında situasiyanın tamamilə dəyişməsi anlamına gəlir”.
Sima Şayn bu səbəbdən İsraillin vəziyyətinin daha da pisləşdiyi və buna görə qəti addımlar atmalı olduğu qənaətindədir:
“İranın “Hizbullah” üzərində artan təsiri və Suriyada qüvvələrini yerləşdirməsi İsrail üçün şimalda ikinci cəbhənin açılması anlamına gəlir. Buna görə də, biz İran qüvvələrinin Suriya torpaqlarında qalmasına imkan verməməliyik. “Hizbullah” İsrailin önünə İran tərəfindən təhdid olaraq atılıb. Lakin bunlar livanlılardır. Onlar bilirlər ki, İsraillə silahlı toqquşma onların ölkələri üçün hansı fəlakətlərə gətirib çıxara bilər”.
“Belə olan halda İsrail nə edə bilər?”, - müxbir soruşub.
“Mən İsrailin yaxın gələcəkdə hansısa təşəbbüs göstərəcəyini güman etmirəm. Ona görə yox ki, biz qorxuruq. Çünki bizim hərbi avantüraya girmək firkimiz yoxdur. Təzyiqlər hər şeydən öncə diplomatik yöndən aparılacaq. Öncə ABŞ-a ciddi təzyiqlər göstəriləcək.
Bundan başqa, biz ruslarla da dil tapmağa çalışacağıq. Doğrudur, Kreml bizə müttəfiq sayılmasa da, hər halda düşmənimiz də deyil”, -Şayn cavab verib.
Ekspertin düşüncəsinə görə, Rusiya və İsrail arasında simpatiya nifrətdən daha üstündür. İsrailldə milyondan çox rusdilli yəhudi yaşayır. Milli maraqların müdafiəsi baxımımdan da Moskva ilə Tel-Əviv gözəl anlaşa bilərlər.
Rusiyanın müdaxiəsindən bu yana rusların təşəbbüsü ilə Suriyadakı operativ hərbi qərargahla İsrail ordusu arasında qaynar xətt yaradılıb.
“Biz Kremlin iranlıları Suriyadan çıxmağa məcbur edəcəyinə və ya ən azı onların silahlı qüvvələrinin Dəməşqin qərbi və cənubu boyunca, yəni İsrailin sərhədləri ilə yanaşı yerləşdirməyə imkan verməyəcəyinə ümid edirik”, - Sima Şayn yekunda qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...