Ötən gün Tarif Şurası elektrik enerjisinin qiymətini artırdı. Bundan əvvəl isə suyun qiyməti artmışdı. Amma bu son olmayacaq və hökumət digər sahələrdə də qiymət artımına gedəcək.
MilliYol.Az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bundan sonra qazla metroda gediş haqqının artırılması planlaşdırılır. Məlum olduğu kimi, maliyyə böhranı və neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra dövlət büdcəsinin icrasında ciddi problemlər yaranıb. Büdcədə ciddi şəkildə kəsir var ki, dövlət bunu doldurmaq üçün müəyyən addımlar atır. Bu addımlardan biri də kommunal xərclərin artırılmasıdı. Bu günə qədər elektrik enerjisinin istesalı, təbii qazın əhaliyə verilməsi üçün çəkilən xərclərin böyük şissəsi dövlət tərəfindən ödənirdi. Amma artıq dövlət bu xərcləri ödəyə bilmir. Bu səbəbdən də qiymət artımı zəruri hala çevirilib.
Metroya gəlincə, elektrik enerjisinin qiymətinin artması bunu zəruri hala çevirib. Çünki metro elektriklə işləyir. Ona görə də yaxın günlərdə metroda gediş haqqı 20 qəpikdən 25 qəpiyə qaldırılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...