“Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) tərəfindən Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinə kreditin ayrılması ilə bağlı danışıqlar davam etdirilir”
“APA-Economics”in məlumatına görə, bunu TAP Konsorsiumunun prezidenti Vollter Pirer (Walter Peeraer) “Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, EİB tərəfindən TAP-a 1,5 mlrd. avro həcmində kreditin ayrılması ilə bağlı qərarı fevral ayında qəbul ediləcək.
Xatırladaq ki, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov da Avropa İnvestisiya Bankı tərəfindən TAP layihəsinə 1,5 mlrd. avro məbləğində kreditin ayrılmasının gələn ilin fevral ayınadək təxirə salındığını bildirmişdi. O, bu addımın layihənin icrasına hələlik təsir etməyəcəyini qeyd etmişdi: "Hələlik bu qərar layihənin icrasına təsir etmir. TAP layihəsi 2020-ci ilin əvvəlində istismara veriləcək".
Vitse-prezident qeyd edib ki, EIB bu qərarı bəzi amillərin təzyiqi altında atıb.
Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
MilliYol.Az
Digər xəbərlər
loading...