İsveçrənin Nyon şəhərində Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasının da III təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub. MilliYol.Az xəbər verir ki, mərasimdə Azərbaycan klublarının da potensial rəqibləri müəyyənləşib.
Ən çətin rəqib "Qəbələ"yə düşüb. "Qırmızı-qaralar" ilk oyunda 2:1 hesabı ilə yendikləri MTK-nı (Macarıstan) keçə bilsələr, Fransanın "Lill" klubu ilə qarşılaşacaqlar.
"Neftçi" "Şkendiya" (Makedoniya) səddini keçəcəyi halda, Çexiya "Mlada"sına rəqib olacaq.
"Kəpəz"in də potensial rəqibi Çexiya klubudu. Belə ki, II təsnifat mərhələsində "Admira" (Avstriya) qarşılaşan Gəncə klubu mərhələ adlaya bilsə, "Slovan"a rəqib olacaq.
Beləliklə, III təsnifat mərhələsində Azərbaycanın 3 klubu çexlərlə qarşılaşacaq. Belə ki, "Kəpəz" və "Neftçi"dən başqa Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" Çexiya çempionu "Viktoriya"ya rəqib olub.
Avropa Liqası
III təsnifat mərhələsi
Qəbələ (Azərbaycan)//MTK (Macarıstan) - Lill (Fransa)
Neftçi (Azərbaycan)//Şkendiya (Makedoniya) - Mlada (Çexiya)
Kəpəz (Azərbaycan)//Admira (Avstriya) - Slovan (Çexiya)
MilliYol.Az
Digər xəbərlər
loading...