Fransa Prezidenti Emmanuel Makron Çinə səfəri zamanı ÇXR sədri Si Cinpinə at hədiyyə edəcək
Bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan yanvarın 8-də keçirilən brifinqdə bildirib.
TASS informasiya agentliyi xəbər verir ki, Emmanuel Makron günün ikinci yarısında Pekində olacaq. Bu səfərin həm Çin, həm də Fransa üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Lu Kan hədiyyə barədə məlumatı da təsdiqləyib: “Deyilənlər doğrudur, Prezident Emmanuel Makron ÇXR sədri Si Cinpinə dövlət hədiyyəsi qismində at bağışlamağa hazırlaşır. Biz bu dostluq jestinə görə Fransa tərəfinə minnətdarıq”.
Fransız KİV-ləri öz növbəsində xəbər verirlər ki, Makronun hədiyyə olaraq seçdiyi at artıq Çinə gətirilib və orada karantindən keçirilir.
Fransa prezidenti Çin rəhbərliyi ilə şəxsi əlaqələri və iki ölkə arasında strateji əməkdaşlıq münasibətlərini möhkəmlətmək, həmçinin KXDR-in nüvə problemi, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, qlobal istiləşmə kimi mühüm məsələləri müzakirə etmək üçün yanvarın 7-də ÇXR-ə səfərə gəlib. (strateq.az)
Digər xəbərlər
loading...