Rusiyanın Krasnodar diyarında erməni icmasının fəal üzvləri qətlə yetirilib
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Ladoj stansiyasında yerləşən restoranların birində baş verib.
Belə ki, naməlum şəxs içəri daxil olaraq ermənilərin olduğu masaya avtomatdan atəş açıb. Silahlı insident nəticəsində yerli erməni icmasının iki nümayəndəsi Roman Sirakosyan və Artyom Mirzoyan ölüb. Bundan başqa masada əyləşən qaraçı icmasının üzvü Nikolay Kuzmenko da ölüb.
Hüquq mühafizə orqanları qətldə şübhəli bilinən 33 yaşlı, kazak atamanı Aleksandr Sitaviçusu saxlayıb. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...