Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. MilliYol.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da növbəti mərhələdəki rəqibi müəyyənləşib.
Qurban Qurbanovun komandası hələ ikinci təsnifat mərhələsindəki rəqibini - Lüksemburqun "Düdelanj" klubunu mübarizədən kənarlaşdırmalıdır. Bakıda keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" səfərdə də bu üstünlüyünü qoruya bilsə, Çexiya çempionu "Viktoriya" ilə qarşılaşacaq.
Türkiyənin "Fənərbaxça" klubu isə bu mərhələdə "Monako"ya rəqib olub.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları 26-27 iyul və 2-3 avqust tarixlərində keçiriləcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Qarabağ (Azərbaycan)//Düdelanj (Lüksemburq) - Viktoriya (Çexiya)
Rusenborq (Norveç)//Norçopinq (İsveç) - TNS (Uels)//APOEL (Cənubi Kipr)
Vardar (Makedoniya)//Dinamo (Zaqreb, Xorvatiya) - Dinamo (Tiflis, Gürcüstan)//Alaşkert (Ermənistan)
Olimpiakos (Yunanıstan) - Hapoel (Beyer-Şeva, İsrail)//Şerif (Moldova)
Jalgirs (Litva)//Astana (Qazaxıstan) - Linkoln (Cəbəllütariq)//Seltik (Şotlandiya)
Olimpiya (Sloveniya)//Trençin (Slovakiya) - Zrinski (Bosniya və Herseqovina)//Legiya (Polşa)
Astra (Rumıniya) - Krusaders (Şimali İrlandyia)//Kopenhagen (Danimarka)
BATE (Belarus)//SJK (Finlandiya) - Dandlak (İrlandiya)//Hafnarfyordur (İslandiya)
Ludoqorets (Bolqarıstan)//Mladost (Çernoqriya) - Valletta (Malta)//Srvena Zvezda (Serbiya)
Partizani (Albaniya)//Ferensvaroş (Macarıstan) - Zalsburq (Avstriya)//Liepaya (Latviya)
Ayaks (Hollandiya) - PAOK (Yunanıstan)
Sparta (Çexiya) - Styaua (Rumıniya)
Şaxtyor (Ukrayna) - Yanq Boyz (İsveçrə)
Rostov (Rusiya) - Anderlext (Belçika)
Fənərbaxça (Türkiyə) - Monako (Fransa)
MilliYol.Az
Digər xəbərlər
loading...