Yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə BakuBus MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək
Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a bildirlib ki, dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir.
Belə ki, 06.01.2018-ci il tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.
Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. 13.01.2018 tarixindən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 May” metrostansiyasınadək hərəkət edəcək.
Məlumat üçün qeyd edək ki, 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının BakuBus MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq.
Digər xəbərlər
loading...