Kredit bürosunun minimal nizamnamə kapitalı 2 mln. manat olmalıdır
Azərbaycanda kredit bürosu yaratmaq üçün nizamnamə kapitalının minimum məbləği 2 mln. manat müəyyən edilib.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının təsdiq etdiyi və artıq qüvvədə olan “Kredit bürolarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti qaydaları”nda bildirilir.
Qaydalarda həmçinin deyilir ki, məcburi ləğv edilmiş və yaxud müflis elan olunmuş hüquqi şəxsdə bu barədə qərarın qəbul edildiyi tarixdən əvvəl azı 1 il həmin hüquqi şəxsin idarəetmə orqanlarının üzvü və yaxud baş mühasibi işləmiş şəxslər 2 il müddətində, eləcə də əmək funksiyalarını kobud şəkildə pozduğuna görə hər hansı hüquqi şəxsin idarəetmə orqanında tutduğu vəzifədən qanunla müəyyən olunmuş qaydada azad edilmiş şəxslər, Palatanın nəzarət subyekti olan kredit təşkilatlarının rəhbər şəxsləri kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ola bilməz.
Kredit bürosunun icra orqanının rəhbəri (üzvləri) ali təhsilin və ən azı 3 (üç) illik idarəetmə təcrübəsinin olması, vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməsi kimi tələblərə cavab verməlidir. Bu tələblər kredit bürosunun icra orqanının səlahiyyətlərini əldə etmiş hüquqi şəxsin (kənar idarəçiyə) icra orqanının rəhbərinə də aiddir.
Digər xəbərlər
loading...