Uzun müddətdən bəri ətrafında geniş diskissiyalar açılan “Adlar və soyadlar haqqında” qanun layihəsinin parlament müzakirələrinə çıxarılması və qəbuluna ehtiyac duyulur
Oxu.Az xəbər verir ki, bu barədə akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
Özünün hələ bir neçə il öncə bu yöndə qanun layihəsini hazırladığını, onu Azərbaycanın ən tanınmış dilçiləri, ədəbiyyatçıları ilə müzakirə etdiyini xatırladan komitə sədri bildirib ki, belə bir sənədin qəbulu olduqca vacib və zəruridir.
“O zaman bu qanun layihəsini hazırlayarkən dedilər ki, 1991-1992-ci illərdən adlar və soyadlar məsələsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Amma şəxsən mənim qənaətimcə, bu, elə bir məsələdir ki, o, adi bir qərarla tənzimlənə bilməz. Bu məsələ ancaq ayrıca müstəqil qanunla tənzimlənə bilər. Bir daha qeyd edirəm ki, artıq Azərbaycanımızın müstəqilliyinin 27-ci ilidir və bu baxımdan, adlar və soyadlarla bağlı məsələni tənzimləmək üçün yeni qanuna ehtiyac var”, -deyə komitə sədri sözlərinə əlavə edib.
Digər xəbərlər
loading...