Gürcüstanın Baş prokurorluğu ümid edir ki, ittiham olunanların hamısı vətənlərində məhkəmə qarşısında cavab verəcək, lakin sabiq prezident Mixail Saakaşvilinin ekstradisiyası yalnız Ukrayna hakimiyyətinin qərarından asılıdır
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu respublika baş prokurorunun müavini Georgi Qoqadze deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfinə ekstradisiya üçün lazım olan bütün sənədlər göndərilib və Saakaşvilinin Gürcüstana ekstradisiya edilib-edilməməsi məsələsini Ukraynanın məsul orqanları həll etməlidir.
Xatırladaq ki, Saakaşvili Gürcüstanı 2013-cü ilə yeni prezidentin andiçmə mərasimindən sonra tərk edib. Ona qarşı vətənində bir neçə cinayət işi qaldırılıb.
Digər xəbərlər
loading...