APA-nın məlumatına görə, buna səbəb qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının aviareysləri qəbul edə bilməməsidir
AZAL şirkətinin J 2 9225 saylı reysi dünən saat 22:00-da Bakıdan yerinə yetirilməli idi. Təyyarə Tbilisi beynəlxalq hava limanına yerli vaxtla saat 23:10-da enməli idi. Reysin nə vaxt yerinə yetiriləcəyi hələlik məlum deyil.
Qatı dumana görə Tbilisi beynəlxalq hava limanında aviareyslərin qəbulu və yola salınmasında problemlər yaranıb. Hava limanı artıq 10-a yaxın aviareysin qəbulunu ləğv edib.
Digər xəbərlər
loading...