Fevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək
“Report” komitəyə istinadən xəbər verir ki, hərraca 18-i səhmdar cəmiyyəti, 4-ü qeyri-yaşayış sahəsi və 4-ü kiçik dövlət müəssisəsi olmaqla 26 dövlət əmlakı çıxarılıb.
Əmlakları siyahısı ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək lazımdır:
Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Ağdaş, Goranboy, Xaçmaz rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 64 900 manata olan Xaçmaz rayonunda yerləşən Nərəcan Kənd Mədəniyyət Evidir. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 959.3 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 6260 kv.m.-dir.
Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 65 min manata Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış binası da var. Qeyd olunan əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri yaşayış binasının ümumi faydalı sahəsi 235.7 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 276.5 kv.m-dir.
Bu dəfəki hərraca 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i çıxarılıb. http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3283 linkinə daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının məbləği, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kəndkimya”, “Beyləqan Buzxana”, “Salyan Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0,5 manatdan 2 manata qədərdir.
Digər xəbərlər
loading...