Sumqayıt şəhərində satış müdiri işçisi tərəfindən bıçaqlanıb
Hadisə şəhərin Sülh küçəsində baş verib.
Məlumata görə, firmaların birində satış müdiri işləyən, Corat qəsəbə sakini, 30 yaşlı Rauf Rafiq oğlu Heybətov ilə işçisi, 25 yaşlı Mübariz Məmmədov arasında firmaya məxsus avtomobildə mübahisə yaranıb. Mübahisə zamanı M.Məmmədov satış müdirinə arxadan bıçaq zərbəsi vurub. R.Heybətov baş, boyun və üz nayihələrindən ağır bıçaq yarası alıb. Sürücü yaralını dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə Mübariz Məmmədovun satış müdiri Rauf Heybətovdan xəbərsiz məhsulları oğurlayaraq satması və dəymiş ziyanı geri qaytarmaq istəməməsi səbəbindən baş verib. Hadisəni törədən şəxs saxlanılıb. (report.az)
Digər xəbərlər
loading...