Suriyada kürd qruplaşmaları ilə birgə döyüşən Beynəlxalq Azadlıq İttifaqı (İFB) təşkilatının üzvləri İŞİD terror təşkilatının keçmiş “paytaxt”ı Rəqqada 1945-ci ilə Reyxstaq üzərində SSRİ bayrağının qaldırılması kadrını yenidən canlandırıblar
Virtualaz.org bildirir ki, bu barədə Morning Star nəşri xəbər yayıb.
Təşkilatın üzvü nəşrı deyib ki, onlar 1945-ci ildəki Qələbə ilə İŞİD üzərindəki qələbəni eyni dərəcədə əhəmiyyətli sayırlar: “Biz hesab edirik ki, Rəqqanın azad edilməsi İŞİD faşizminin süqutu deməkdir”.
IFB üzvlərinin sözlərinə görə, onlar Suriyaya terrorçularla döyüşmək üçün bir neçə il əvvəl gəliblər. Burada onlar döyüş vərdişlərinə yiyələnib, döyüşlərarası fasilələrdə isə ideoloji diskussiyalar aparıblar.
Digər xəbərlər
loading...