İngiltərə Futbol Federasiyası "Arsenal" klubunun baş məşqçsi Arsen Vengeri cəzalandırıb
MilliYol komanda.az-a istinadən xəbər verir ki, London təmsilçisi üç oyunluq diskvalifikasiya və cərimə olunub. Buna sözügedən mütəxəssisin Premyer Liqanın son turunda "Vest Bromviç"lə oyundan sonra hakimlərin ünvanına səsləndirdiyi ifadələr səbəb göstərilir. Onun hakimlərin idarəçiliyi barədə narazı açıqlamaları 3 oyunluq cəza və 40 min funt-sterlinqlik cərimə ilə nəticələnib.
Beləliklə, fransalı məşqçi Federasiya Kuboku çərçivəsində "Nottingem Forest"lə, Liqa Kubokunda "Çelsi"ylə, Premyer Liqada isə "Bornmut"la oyunlarda komandasının yanında ola bilməyəcək.
Digər xəbərlər
loading...