Bu gün Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
“Report”un xəbərinə görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə Ə.Muxtarlının vəkilləri vəsatət qaldırıblar.
Onlar hüquqlarını müdafiə etdikləri şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər. Vəkillər vəsatət qaldırarkən əsaslardan biri kimi, dekabrın 30-da Ə.Muxtarlının bacısı Nuranə Muxtarlı, onun 2 yaşlı övladı və 12 yaşlı qardaşı qızının ölümünü göstəriblər.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlanıb. Cinayət işinin materiallarındakı sənədlər elan olunub.
Məhkəmənin növbəti iclası yanvarın 12-nə təyin edilib.
Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.
Digər xəbərlər
loading...