93 yaşında İstanbuldakı evində dünyasını dəyişən “Yeşilçam” ulduzu Münir Özkulun ölümü sənət dostları ilə yanaşı, prezident Rəcəb Tayyib Ərdoğanı da kədərə boğub
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, prezident aktyorun ölümü ilə bağlı başsağlığı verib:
“Türk kinosunun hörmətli şəxslərindən olan Münir Özkulun vəfat etdiyini dərin kədər hissi ilə öyrəndim. Canlandırdığı obrazlarla, aktyorluq məharəti və insanlığı ilə bütün vətəndaşlarımızın sevgisini qazanan dəyərli sənətkarımız Münir Özkul gələcək nəsillər tərəfindən hər zaman sevgi və hörmətlə yad ediləcək. Türkiyə teatrına və filminə verdiyi qiymətli töhfələrlə millətimizin qəlbində taxt quran mərhum Münir Özkula Allahdan rəhmət, sənət aləminə, yaxınlarına və sevənlərinə başsağlığı diləyirəm”.
Qeyd edək ki, uzun illərdir alzaymer xəstəliyindən əziyyət çəkən Münir Özkul bu gün dünyasını dəyişib.
Digər xəbərlər
loading...