Həbsdə olan müğənni Fədayə Laçınla bağlı yanvar ayının sonunda yenidən məhkəməyə müraciət olunacaq
Bu barədə müğənninin vəkili Türkəl Süleymanlı yenicag.az-a açıqlamasında bildirib:
"İstəyimiz də budur ki, onunla bağlı həbs qətiimkan tədbiri ləğv olunsun və onun həbsi ev dustaqlığı ilə əvəzlənsin. Çünki səhhətində problemlər var. Həm də o heç də istintaq orqanlarından yayınmayıb, gizlənmir, Bakıda yaşayır.
Buna görə də onun türmədə saxlanmasına zərurət yoxdur. Fədayə Laçın bir telefon zəngiylə durub polisə gedib. Onun üçün axtarış elan olunmayıb. Qaçıb gizlənməyib ki, indi də türmədə saxlansın".
Vəkil sənətçinin Yeni ildə ailə üzvləri ilə görüşmədiyini də bildirib:
"Fədayə xanım mənə "ailəmlə görüşmək istəyirəm", deyə müraciət etməyib. Olubsa da yəqin bunu ürəyində saxlayıb".
Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.
Digər xəbərlər
loading...