Fransanın “PSG” klubu İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldunu dünyanın ən ödənişli futbolçusu etməyi planlaşdırır
“El Confidencial” nəşri yazır ki, paytaxt klubu 33 yaşlı forvarda 5 illik müqavilə qarşılığında 300 milyon avro (illik 60 milyon) məvacib ödəməyə hazırdır. Portuqaliyalı futbolçu özü də iş yerini dəyişməyin əleyhinə deyil.
PSJ maliyyə feyr-pleyini pozmamaq üçün bəzi futbolçularını satmalıdır. Fransızlar Ronaldunun transferi zamanı uruqvayılı forvard Edinson Kavanini “Real Madrid”ə təklif etməyi düşünürlər.
Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb. Portuqaliyalının illik qazancı 34 milyon avrodur. Hazırda dünyanın ən ödənişli futbolçusu isə Lionel Messidir. Onun illik maaşı 43 milyon avro təşkil edir.
Digər xəbərlər
loading...