2018-ci ilin 1 fevral tarixindən başlayaraq, Azərbaycan Mərkəzi Bankı digər banklardan pul əskinaslarının ekspertizası və ya məhv olunması üçün qəbulunu yalnız həmin pulların xüsusi portalda qeydiyyatından sonra həyata keçirəcək
Bu barədə Trend-ə bank bazarındakı mənbələrdən biri məlumat verib.
Məlumatda qeyd olunur ki, Mərkəzi Bank bu addımı saxta əskinasların dövriyyəsi ilə mübarizəni gücləndirmək məqsədi ilə atıb: “Banklar əvvəlcə bu cür əskinasların nömrəsini Nağd pulun İdarəetmə İnformasiya Sisteminin portalında qeydiyyatdan keçirməli, daha sonra inkassator vasitəsi ilə Mərkəzi Banka göndərməlidir”.
Digər xəbərlər
loading...