Neft-qaz Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin dünya bazarında qiymətinin bahalaşmasından danışıb
İ. Şaban “Qafqazinfo”ya bildirib ki, ötən gün neftin günün birinci yarısında maksimal qiyməti 68 dollar oldu: “Sonra isə neftin qiyməti düşməyə başladı. Axşama doğru qiymət 67-70 dollar arası oldu. Keçən ilin iyul ayında isə qiymət 42 dollar idi. Dekabrda isə 66 dollar oldu. Neftin orta qiyməti isə 54 dollar oldu”.
Onun sözlərinə görə, neftin qiymətinin artımında ötən il iki amil rol oynayıb: “ Belə ki, Şimal dənizindəki 85 yataqdan Böyük Britaniyaya neft nəql edən boru kəmərində sızma baş verdi. Bunun nəticəsində nəqletmə dayandırıldı. Bu birjalara çox təsiredici bir amil idi. Nəticədə neft 65 baryerini keçdi. İikincisi, Liviyada neft borusunda diversiya baş verdi. Boru partladıldı. Artıq bu faktorlar aradan qaldırılıb. Belə ki, ötən ilin sonunda neftin qiyməti 65-70 dollar dəhlizinə keçdi. London birjası ili 62-66 dollarla yekunlaşdırdı.
Bu ilin əvvəlində isə fərqli faktorlar ortalığa çıxdı. Amerika Neft İnstitutu açıqlama verdi ki, həftəlik olaraq ölkədə neft ehtiyatları 5 milyon barrel azalıb. Həmin açıqlama birjalarda ajiotaja səbəb oldu. Neftin qiyməti birdən-birə 68 dollar baryerini aşdı. Çünki Amerika bazarında neft ehtiyatları, hasilatla bağlı göstəricilər dünya neft bazarına 2014- cü ilin sonlarından etibarən böyük təsiredici qüvvəyə malikdir. Amerikada hasilat, neft ehtiyatları, quyuların sayı ilə bağlı hesabatlar həmişə dünyadakı neft qiymətlərinə təsir göstərir. Əvvəl bu göstəricilər çərşənbə günü, indi isə cümə axşamı açıqlanır. Və iki gün bazarda öz təsirini saxlayır. Ancaq günün ikinci yarısında qeyd edildi ki, heç də belə deyil. 4,7 milyon barrel və ondan da yuxarı nəticələr gözlənilir. Bunun nəticəsində neftin qiyməti 67,7 dollar səviyyəsində azalmağa başladı.
Hazırda şimal yarımkürəsində havalar soyuq keçir. Həm Kanadada, həm də Amerikada güclü qar-çovğun var. Buna görə də enerjiyə yüksək təlabat yaranıb. İkinci amil isə, istər OPEC, istər Beynəlxalq Enerji Agentliyinin, istərsə də Dünya Bankının açıqlamalarında göstərilir ki, enerjiyə olan təlabat cari il üçün artıma doğru gedir. Ümumilikdə gündəlik 1,2-1,8 milyon barrel neftə təlabatın olacağı gözlənilir. Təlabat yüksək olanda da qiymətlər qalxır. Ona görə də ötən il brent markalı neftin orta qiyməti 54 dollar civarında idisə , cari ildə 56-77 dollar həndəvərində proqnoz edirlər. Ancaq neftin qiymətlərinə ciddi korrektə bu ilin aprel ayının 20-dən sonra olacaq”.
Azərbaycan neftinin qiymətinə gəlincə isə ekspert vurğulayıb ki, ölkənin ümumi ixracatında neftin xüsusi çəkisi 75 faizdən yuxarıdır: “Biz neftdən asılı bir ölkəyik. 2030- cu ilə qədər olan perspektivimizə baxanda bizdə neftin payı azalmağa doğru gedəcək. Təbii qazın ixracatda payı isə get-gedə artacaq. Əvvəl təbii qazın ixracatda çəkisi 2-2,5 faiz idisə, artıq bu göstərici 10 faizi ötüb. Yaxın 10 ildə 25 faizə qədər yüksələcək. Ancaq neftin qiymətinin qalxması ondan gələn gəlirləri ötən ilk səviyyədə saxlamağa dəstək olacaq. 2017- ci ildə Dövlət Neft Fonduna dövlətin mənfəət neftindən gələn gəliri 6 milyard ətrafında olmuşdusa, 2018- ci ildə də biz neftin orta qiyməti sözügedən şəkildə olsa bu göstəriciyə hədəflənə bilərik”.
Digər xəbərlər
loading...