Fransalı sol qanad müdafiəçisi 36 yaşlı Patris Evra "Qalatasaray"la müqaviləyə imza atacaq
Bu məqsədlə təcrübəli futbolçu bu gün İstanbula uçacaq.
"Sky Sports"un xəbərinə görə, bu müqavilə ilə "Qalatasaray" mövsümün ilk transferini gerçəkləşdirəcək. "Sarı-qırmızılılar" müqavilənin detallarını müzakirə etmək və prosesi sonlandırmaq üçün futbolçunun menecerini də İstanbula dəvət edib.
Müqvilədə futbolçunun əvvəlcə mövsüm sonuna qədər icarəyə götürülməsi, daha sonra isə müddətin 1 ilə qədər uzadılması nəzərdə tutulub.
"Qalatasaray" fransalı futbolçuya yarım mövsüm üçün 1 milyon 250 min avro təklif edəcək.
Qeyd edək ki, bu mövsüm "Marsel"in heyətində forma geyinən Evra 4 matça çıxıb. Daha sonra azarkeşlərlə dalaşdığı üçün müqviləsinə xitam verilərək klubdan qovulub. (publika.az)
Digər xəbərlər
loading...