Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi Robert Prosineçkinin müqaviləsinin maliyyə şərtləri müəyyənləşib
sport.ba saytının məlumatına görə, xorvatiyalı mütəxəssis ayda 15 min avro maaş alacaq.
Bu isə ildə 180 min avro deməkdir. Bosniya və Herseqovina millisi 2020-ci il Avropa çempionatına vəsiqə qazansa, o, daha 300 min avro mükafata sahib olacaq. Prosineçkinin Azərbaycanda çalışdığı dövrdə illik qazancı köməkçiləri ilə birgə 1,2 milyon avro təşkil edib. İddia edilir ki, AFFA yeni müqavilə imzalamasından ötrü 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Prosineçki Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, razılıq verməyib.
Qeyd edək ki, Robert Prosineçki 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağladığı Bosniya və Herseqovina millisində Azərbaycan yığmasında da köməkçiləri olmuş Qordan Tsipriç və Draqan Spasiçlə birgə çalışacaq. (“Report”)
Digər xəbərlər
loading...