Özünü körpüdən Kür çayına atan gəncin meyiti dalğıclar tərəfindən aşkar edilib
“Report”un Şirvan bürosu xəbər verir ki, Aran dalğıc-axtarış qrupunun Kür çayında batan iki günlük axtarışları nəticə verib. Meyit sahilə çıxarılıb.
Özünü çaya atan şəxsin Göygöl rayon sakini Araz Rafiq oğlu Abbasov olduğu müəyyənləşib. O, Mingəçevir Turizm Kollecinin 2-ci kursunda qiyabi təhsil alırmış. Məlumata görə, A.Abbasovun dayısı Mingəçevir şəhərində yaşayır. O, payız imtahan sessiyası üçün Mingəçevirə gəlibmiş və dayısının evində qalırmış.
Hadisənin səbəbləri araşdırılır.
Digər xəbərlər
loading...