Şamaxının icra başçısı ARDNŞ-nin nəzarəti ilə həyata keçirilən böyük işlər zamanı zəhmət çəkmiş usta və fəhlələrin pullarının verilməməsini nə ilə əsaslandıra bilər?
2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi daha müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Dövlət başçısının xidmətləri ilə Azərbaycanda demokratik prosesi sürətləndirən siyasi islahatlar dönməz xarakter aldı. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsini prioritet elan edən Prezident bu kimi halların aradan qaldırılması üçün təsirli tədbirlər gördü.
Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının inkişafının davamlı xarakter almasıdır. Müəllifi Ulu öndər Heydər Əliyev olan neft strategiyasının uğurlarını davam etdirməklə dövlət başçısı daha güclü iqtisadi model üzərində işlədi və xalqımız bunun bariz nəticələrini öz həyatında hiss etməkdədir.
Dövlət başçısının səmərəli fəaliyyəti Azərbaycan vətəndaşlarının üzləşdiyi problemlərin həllində də mühüm rol oynayır. Bu, Prezident-vətəndaş münasibətlərində əsas amil olmaqla ölkəmizin inkişafında, cəmiyyətdə inam, etimad mühitinin formalaşmasında da aparıcı funksiya daşıyır.
“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” deyən cənab prezident bütün fəaliyyəti boyunca bu ali prinsipə söykənib.
Azərbaycan xalqının Prezident İlham Əliyevə məhəbbətinin, inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısına xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Təəssüf ki, cənab prezidentin bu müdrik siyasi xəttindən sui-istifadə edən, görülən işlərdən şəxsi maraqlarını təmin etmək üçün istifadə edən məmurlar da tapılır. Dövlət başçısının etimadından sui-istifadə edərək qanunlara məhəl qoymayan, öz əməlləri ilə görülən böyük işlərə kölgə salan belə məmurların əməlləri yerlərdə narazılıq yaradır. Belə məmurlara səslənən, xəbərdarlıq edən cənab prezidentin sözləri görünür bəziləri üçün hələ də dərs olmayıb :
“Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın.
Rubrika.az saytına Şamaxı rayonunda fəaliyyət göstərən bir qrup sahibkar tərəfindən müraciət ünvanlanıb. Həmin müraciətdə sahibkarlar bilavasitə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev tərəfindən incidildiklərini, gördükləri iş müqabilində onlara çatacaq pulun qəsdən verilmədiyini bildirirlər. Xatırladaq ki, yaranmış borc rayonun qədim tarixə malik Dəmirçi kəndində aparılan abadlıq-quruculuq işləri zamanı yaranıb. Kənddə aparılan işlərlə cənab prezident və Birinci vitse-prezident ötən il oktyabrın 2-də yerindəcə tanış olublar.
Ölkə başçısının şəxsi diqqətində olan bir məsələdə qəsdən yaradılan maliyyə problemlərin görülən işlərə kölgə saldığını nəzərə alaraq KİV haqqında qanunu əsas tutaraq Şamaxı rayon icra başçısı Asif Ağayevin aşağıdakı suallarımızı cavablandırmasınıı xahiş edirik.
1. İcra başçısı Asif Ağayev tərəfindən aldadıldığını bildirən iş adamı Sərxan Osmanov uzun müddətdir ki, ona çatan pulun verilmədiyini bildirir. Sərxan icra başçısı üçün inşa edilən şəxsi evin tikintisinə və Dəmirçi kəndində görülən işlərə rəhbərlik edib. İşlərin artıq çoxdandır yekunlaşmasına baxmayaraq materialların pullarının və fəhlələrin əmək haqlarının verilmədiyini bildirən Sərxan çətin vəziyyətə düşdüyünü, icra başçısının isə onun qanuni tələblərinə məhəl qoymadığını açıqlayır.
Sərxan bildirir ki, Asif Ağayev üçün inşa edilən şəxsi evin bütün tikinti işlərini görüblər. Hətta evin bütün sənədləri əvvəllər Sərxan Osnmanovun adına olub. Sonradan isə ev icra başçısının həyat yoldaşının adına sənədləşdirilib. Evin tikintisinə ümumilikdə 205 min manat vəsait xərclənib. A. Ağayev tərəfindən pulun müəyyən hissəsi ödənilsə də qalan çox hissəsi ödənilməyib.
2. Rayon icra hakimiyyətinin başçısı olaraq şəxsiniz üçün tikilən evin inşasına sərf olunan göstərilən böyük məbləğdə pulun geri qaytarılmamasının səbəbi nədir ?
3. Evin bütün sənədlərinin əvvəllər şikayətçi Sərxan Osmanovun adında olmasının səbəbləri nədir ?
4. Evin tikintisinə başlanan zaman bütün sənədlər Sərxan Osmanovun adına olduğu halda sonradan necə olur ki, ev icra başçısının həyat yoldaşının adına sənədləşir? - Əgər ev alınıbsa, pul niyə verilmir?
5. Avaxıl kəndində inşa olunan evin elektrik sayğacı da Sərxanın adına qeydiyyata alındığı halda sonuncunun heç bir iştirakı, imzası olmadan sənədlər sonradan necə olur ki, A.Ağayevin adına keçirilir?
Şikayətçi bildirir ki, Dəmirçi kəndində görülən işlər zamanı yaranan 70 min manatlıq borc da icra başçısı tərəfindən ödənilmir. Hal-hazırda bugünki gündə ümumilikdə icra başçısı Sərxana çatacaq 130 min manat vəsaiti ödəməkdən imtina edir. Bildirək ki, saytımızın məsələyə müdaxiləsindən sonra icra başçısı tərəfindən Sərxana qırx min beş yüz manat ödənilsə də məbləğin qalan hissəi ödənilmir.
İş adamı bildirir ki, həmin pulun çox hissəsi tikinti işlərində çalışan ustaların, fəhlələrin, eləcə də alınmış materialların puludur. Asif Ağayev prezidentin səfərindən sonra bütün borcun ödəniləcəyini bildirsə də indi müxtəlif bəhanələrlə iş adamını get-gələ salıb. Tikintidə işləyən onlarla ustanın, fəhlənin halal çörək pulu aylardır ki, ödənilmir. Eləcə də tikintini materialla təmin edən şirkətlər də öz pullarını tələb edirlər.
Həmçinin şikayətçilər bildirirlər ki, Dəmirçi kəndində görülən işlər zamanı külli məbləğdə yeyinti hallarına yol verilib. Belə ki, verilən tapşırığa əsasən kəndin evlərinin dam örtükləri tamamilə yenilənməli olduğu halda əksər evlərin dam örtükləri dəyişdirilməmiş, sadəcə rənglənərək yenilənmiş kimi təqdim olunmuşdur.
Verilən məlumatlarda bildirilir ki, Asif Ağayevin Sabirabad rayonunda tikdirdiyi böyük tikinti malları mağazasının da bir çox materialları Dəmirçi kəndindən daşınıb. Belə ki, tikintiyə sərf olunan dəmir-beton konstruksiyalar hazır şəkildə Dəmirçidən birbaşa Sabirabada aparılıb.
6. Cənab prezidentin, eləcə ARDNŞ-nin nəzarəti ilə həyata keçirilən bu böyük işlər zamanı zəhmət çəkmiş usta və fəhlələrin pullarının verilməməsini nə ilə əsaslandıra bilərsiniz?
7. Birbaşa prezidentin nəzarətində olan, bölgənin turizm sektorunun inkişafında mühüm əhəmiyyət kəsb edən bir layihədə evlərin dam örtüklərinin dəyişdirilməməsi, köhnələrin yeni adıyla təqdim edilməsi faktlarına münasibət bildirmənizi xahiş edirik.
8.Eləcə də Asif Ağayevin Sabirabadda tikdirdiyi bir obyektə materialları Şamaxıdan daşıtdırması faktına da açıqlamanızı gözləyirik.
9. Dövlət başçısı dəfələrlə sahibkarlığın inkişafına hərtərəfli qayğının vacibliyini vurğuladığı, bütün məmurları iş adamlarına kömək etməyə çağırdığı bir məqamda Şamaxıda fəaliyyət göstərən bir iş adamına 130 min manatlıq ziyan vurmaq hansı məqsədə xidmət edir?
Sərxan bildirir ki, Dəmirçi kəndində görülən işlər zamanı şamaxılı iş adamı Çingizdən beton götürülməsinə baxmayaraq, həmin materialın 16800 manat məbləğində borcunu icra başçısı ödəməkdən imtina edir. Səbəb olaraq isə guya rayonda Çingizin ona salam verməməsi əsas gətirilir.
10. Respublika əhəmiyyətli bir tikintini materialla təmin edən sahibkarın haqqının belə absurd bəhanə ilə verilməməsini necə izah edə bilərsiniz ?
11. Şikayətçilər icra başçısı Asif Ağayevin dəfələrlə ARDNŞ-nin vitse-prezidenti Bədəl Bədəlovla “çox yaxın” münasibətdə olduğunu bildirir, hər şeyi onun “xüsusi tapşırıqları” altında yerinə yetirdiklərini vurğulayırlar. Xüsusilə, onun təqdimatı ilə yaxınlarda Abşeron rayon İcra Hakimiyyətinə başçı təyin olmaqda iddialıdır. Cənab prezidentin göstərişlərinə, yürütdüyü siyasi xəttə daban-dabana zidd olan bu əməllərlə hansı məqsədlərə xidmət edilir?
12. Nəhayətdə evinə əlinin qabarı, alnının təri ilə bir parça halal çörək aparmaq istəyən fəhlənin günahı nədir ki, halal qazancını aylardır ki, ala bilmir?
Mənbə: Rubrika.Az
MilliYol.az
Digər xəbərlər
loading...