İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru ABŞ-la bağlı quruma rəsmi şikayət göndərib
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İran rəsmisi ABŞ-ı İslam Respublikasının daxili işlərinə qarışmaqda və zorakılığa təhrikdə günahlandırıb:
“Ölkələrarası əlaqələri tənzimləyən ABŞ hökuməti beynəlxalq hüququn bütün prinsiplərini pozmağa davam edir. Donald Trampın başçılığı ilə Amerika administrasiyası son günlər utanmadan İranın daxili işlərinə qarışıb. Bu, özünü şiddət və vandalizmə gətirib çıxaran sporadik etiraz aksiyalarını dəstəkləməkdə göstərdi”.
İranlı diplomatın sözlərinə görə, ABŞ prezidenti və onun köməkçisi təkrarlanan və istehza doğuran tvitləri ilə iranlıları təxribatçı və dağıdıcı hərəkətlərə sövq edib.
Digər xəbərlər
loading...