Bakı metropoliteni dekabrın 31-i gecə saat 23:00-dan yanvarın 1-i saat 01:30-dək 55 min sərnişin daşıyıb
Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, həmin gün gündüz saatlarında metrodan az sərnişin istifadə etsə də, gecə saatlarında sərnişin çoxluğu müşahidə olunub: "Həmin gün Dənizkənarı Milli Parkda keçirilən atəşfəşanlıqla bağlı metro stansiyaları gecə saat 01:00-a qədər işləməli idi. Lakin sərnişinlər çox olduğundan gecə saat 01:30-a qədər stansiyalar sərnişin daşıyıb. Ümumilikdə, dekabrın 31-də gecə saat 23:00-dan sonra 55 min sərnişin daşınıb. Təkcə yanvarın 1-i gecə saat 01:00-dan 01:30-a qədər metro ilə 10 mindən çox sərnişin daşınıb".
N.Paşayev bildirib ki, ən çox sərnişin "İçəri şəhər" və "28 may" stansiyalarından daşınıb.
Digər xəbərlər
loading...