Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ətrafında gizli saziş var. MilliYol.Az xəbər verir ki, bu barədə Ermənistanın “Çorort İşğanutsyan” qəzeti yazıb.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda tərəflərin münaqişənin həllinə çox yaxın olduğuna dair səsləndirdiyi fikirlərə diqqət çəkən qəzet qeyd edir ki, əgər Lavrov bunu deyirsə, deməli iyulun 20-də Sankt-Peterburq İlham Əliyevlə Serj Sarkisyan arasında həqiqətən ciddi saziş əldə olunub: “Lavrov detalları açmayacağını bildirib, çünki bu, “xüsusi sazişdir”. Əgər danışıqlarda heç bir irəliləyiş olmasaydı, onda heç nə gizli saxlanılmazdı. “İki tərəf danışıqların davam etdirilməsi barədə razılığa gəliblər” tipli bəyanat verilərdi. Deməli, danışıqlarda irəliləyiş olduğu üçün detallar gizli saxlanılır”.
Məqalədə deyilir ki, Ermənistan ərazilərin qaytarılması əvəzində Qarabağın müstəqilliyini, Azərbaycan isə ərazi bütövlüyü çərçivəsində “öz müqəddəratını təyin etmə” prinsipini irəli sürə bilər.
“Sual yaranır ki, hansı irəliləyişdən söhbət gedə bilər? Azərbaycan Qarabağın müstəqilliyinə razı olmayacaq, xüsusilə qalib gəldikləri aprel müharibəsindən sonra. Ermənistan da Azərbaycanın tərkibində muxtariyyətlə razılaşmayacaq. Burada diqqət çəkən məqam Lavrovun Bakıda Qarabağla bağlı ümidli açıqlamasından sonra elə həmin gün Sarkisyanın “indi bütün dünya Qarabağ əhalisini Azərbaycanın bir hissəsi olmağa inandıra bilməyəcək” açıqlamasıdır. Bu, Rusiyanın Dağlıq Qarabağı Azərbaycanın tərkibinə verməyə çalışmasına mesajdır”, - deyə qəzet yazıb.
“Çorort İşğanutsyan” münaqişə ətrafında baş verənlərlə bağlı iki versiya da irəli sürüb.
1. Uğur əldə etmək üçün tərəflər danışıqlar aparır.
2. Tərəflər bu gün tammiqyaslı müharibəyə daha yaxındır. (publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...