Bakıda Yeni il münasibətilə qurulan bayram yarmarkaları fəaliyyətini dayandırıb
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Yeni il yarmarkaları yanvarın 3-nə qədər davam etdirilib: "Yarmarkalara dekabrın 5-dən yanvarın 3-dək icazə verilmişdi. Artıq vaxt başa çatıb və yarmarkalar bu gündən fəaliyyətini dayandırıb".
Ə.Bağırov bildirib ki, artıq yarmarkalar üçün quraşdırılan çadırlar sökülür və günün sonuna qədər proses başa çatacaq.
Qeyd edək ki, ötən il dekabrın 5-dən fəaliyyətə başlayan bayram yarmarkaları paytaxtda əsasən, metro stansiyalarının yaxınlığında quraşdırılmışdı. Bu məqsədlə Bakıda 13 yerdə bayram yarmarkaları üçün çadırlar quraşdırılmışdı.
Digər xəbərlər
loading...